!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Avropa Azərbaycandan daha çox həcmdə qaz almaq niyyətini gizlətmir” – ŞƏRH

!Reklam – Yazi

“Azərbaycanın Cənubi Avropa ölkələrinə təbii qaz ixrac etməsi daha real və rahatdır”.

Bu fikirləri Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simsonun Azərbaycana bu həftə baş tutacaq səfərinin əhəmiyyətini dəyərləndirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, siyasi səbəblərə görə Avropaya təbii qaz ixracı imkanları məhdudlaşmaqda olan Rusiyanın bu məsələdə Azərbaycana mane olacağı gözlənilmir:

“Diqqət etmisinizsə, Avropa İttifaqının rəsmiləri təbii qaz tədarükündə Rusiyanın asılılığının aradan qaldırılmasında alternativ ixracatçlar qismində Azərbaycanı da gördüklərini açıq formada ifadə edirlər. Yəni Avropa Azərbaycandan daha çox həcmdə qaz almaq niyyətini gizlətmir.

Doğrudur, Azərbaycan indiki vəziyyətdə Avropanın tələbatını ödəyəcək qədər təbii qaz istehsal etməsə də, qarşıdakı dövrdə bu məsələ yeni istismara veriləcək yataqlar hesabına öz həllini tapa bilər. Eyni zamanda, Avropa Azərbaycanla yanaşı, “Transxəzər” vasitəsilə Qazaxıstan və Türkmənistandan da qaz idxalını ciddi surətdə nəzərdən keçirir.

Amma bütün hallarda Azərbaycan mövcud durumda Avropaya, əsasən də Cənubi Avropa ölkələrinə yetərli həcmdə qaz ixrac edə bilər, bu, daha real və rahatdır. Burada söhbət İtaliya, Yunanıstan, Albaniya, Serbiya və digər ölkələrdən gedir.

Rusiyanın buna mane olmaq imkanına gəldikdə isə deyə bilərik ki, burada bazar prinsiplərindən çıxış edilməlidir. Yəni öz təbii qazını dünya bazarına çıxarmaq Azərbaycanın haqqıdır və heç bir ölkə, o cümlədən də Rusiya buna müdaxilə etməməlidir”.

A.Zeynalov

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv