Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Avropa benzinə əlvida deyir

2017-ci ilin I rübündə Avropa İttifaqında (Aİ) alternativ mühərriki olan (elektromobil və hibridlər) 213 min avtomobil satılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 37,6 faiz çoxdur (212,9 min ədəd avtomobil).

Yeniçağ.Az “Yeniavaz.az”-a istinadən bildirir ki, bu barədə Avropa Avtoistehsalçılar Assosiyasının statistikasında deyilir. Ən çox satış artımı batareyalarla işləyən elektromobil seqmentində qeydə alınıb – 49 faiz artış, 24,6 minədək maşın. Məişətdəki elektrik şəbəkəsi vasitəsilə enerji yığa bilən maşınların (elektrokarlar və hibridlər) satış artımı 29,9 faiz, 47,2 min ədəd təşkil edib. Hibridli maşınların satışı da əhəmiyyətli artıb – 61,6 faiz, 111 minədək. Hətta təbii qazla işləyən mühərrikli avtomobillərin satışında da artım qeydə alınlb – 10,4 faiz, 54,7 minədək. Aİ-də alternativ mühərrikli avtomobillərə keçənlər daha çox İspaniyada (satış artımı 87,4 faiz), Almaniyada (67,5 faiz) və Böyük Britaniyada (29,9 faiz) qeydə alınıb. Ümumilikdə isə I rübün yekunları üzrə Aİ-də alternativ yanacağı olan bütün avtomobillər üçün ən iri bazar İtaliya olub. Burada belə avtomobillərdən 62,3 min ədəd satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz çoxdur. İkinci və üçüncü yerləri müfaiq olaraq Böyük Britaniya (33,4 min satış, 29,9 faiz artım) və Fransa (28,9 min satış, 24,8 faiz artım).

Yeniçağ.Az

www.yenicag.az

630
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100