Avropa Birliyinin miqrantlarla iş üzrə komitəsi miqrantların Avropaya axını qarşısında gücsüz olduqlarını etiraf ediblər.
Yenicag.az xəbər verir ki, Parisdə təşkil edilən konfransda bildirilib ki, hazırki miqrant axını 2 dünya müharibəsindən bu yana ən böyük köçdür. Eyni zamanda olduqca narahatverici bir dönəm olduğu da vurğulanıb.
Yunansıtan, Türkiyə və İtaliya kimi ölkələrin həddən çox miqrant qəbul etdiyini vurğulanıb. Həmçinin o da qeyd olunub ki, Qərbi Avropaya pənah gətirən qaçqınlar burada təqiblərə məruz qalır.