Avropa Birliyi ölkəsi ittifaqa səsləndi – “Türkiyənin qayğılarını anlamaq lazımdır”

Bolqarıstan hökuməti Türkiyəyə dəstək verib. 

Yenicag.az xəbər verir ki, Bolqarıstan Prezidentinin köməkçisi və Xarici işlər naziri Yekaterina Zaxareva ölkəsinin “Barış pınarı” hərəkatına görə Türkiyəyə qarşı tətbiq edilmiş sanskiyaları dəstəkləmədiyini bildirib.

Zaxareva Bolqarıstan Beynəlxalq televiziyasından verdiyi açıqlamada Türkiyənin həm qonşu, həm müttəfiq, həm də iqtisadi ortaq ölkə kimi dəyərləndirib.

O həmçinin, Avropa Birliyinə səslənərək Türkiyənin narahatlıqlarını anlayışla qəbul etmək lazım olduğunu da qeyd edib.

Qeyd edək ki, bundan əvvəl daha iki Avropa Birliyi ölkəsi – Macarıstan və İspaniya da Türkiyəyə dəstək vermişdi.

Həşim Səhrablı

COP29