Avropa Birliyinin sədri Donald Task Türkiyə və ABŞ arasında əldə edilmiş razılaşmanı qınayıb.
Yenicag.az xəbər verir ki, Task onların istəyinin döyüşlərin sözdə dayandırılması olmayıb.
“Bizim istədiyimiz Suriyadakı əməliyyatların sözdə dayandırılması deyildi” – deyə, Task irad bildirib.
Task həmçinin, Türkiyəyə səslənərək əməliyyatların dərhal dayandırılmasını istəyib.
Qeyd edək ki, dünən Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidentinin köməkçisi Maykl Pens arasında Suriyada aparılan “Barış pınarı” hərəkatının 120 saat ərzində dayandırılması barədə razılıq əldə olunub.
Həşim Səhrablı