“Apple” şirkəti digər markalardan fərqli olaraq cihazlarında USB Type-C giriş portu yerinə Lightning adı verilən portdan istifadə edir.
Yenicag.az xəbər verir ki, Avropa Birliyi bundan narazıdır və bu haqda yeni qanun hazırlayır. Yeni qərara görə, telefon ekosistemində tək tip usb konnektordan istifadə olunmalıdır. Əvvəllər bu limit 3 idi. Micro USB, USB Type-C və Lightning portlarından istifadə olunurdu.
Bu qanun təsdiq olunduğu halda “Apple” da digər android markaları kimi Type-C giriş konnektoruna keçməli olacaq.