25 ildir neft və təbii qaz ixrac edən Danimarkanın bu ilin sonuna kimi neft idxalçısı olması gözlənilir.
Yenicag.az Danimarka Enerji Agentliyinə istinadən xəbər verir ki, 2017-ci il Danimarkanın tarixinə neft istehlak etdiyindən daha çox hasil etdiyi son il kimi düşüb.
“Danimarkanın 2035-ci ilə qədər təbii qaz ixracatçısı olmağa davam edəcəyi gözlənilir. Ölkədə bir neçə neft yatağının istismarı təxirə salınıb, bu da 1993-cü ildən etibarən Avropa Birliyində neft və qaz ixracatçısı kimi tanınan Danimarkanı 2018-ci ilin sonuna qədər neft idxalçısı edəcək”- deyə agentliyin məlumatında bildirilib.