Azərbaycanın iki yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Yenicag.az verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən Rəşad Məmmədov yarımfinalda gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumiaya (5:1) qalib gəlib.
Murad Məmmədov (63 kiloqram) rusiyalı Ənvər Allahyarovu (AİN) (3:3) xalların keyfiyyətinə görə üstələyib.
Azərbaycanın digər təmsilçisi İslam Abbasov (87 kiloqram) Serbiya təmsilçisi Aleksandr Komarova uduzduğu (1:3) üçün bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
Yarımfinalda türkiyəli Rza Kayaalpa məğlub olan Beka Kandelaki (130 kiloqram) də üçüncü yer uğrunda mübarizə aparacaq.
1/4 finalda xorvatiyalı Antonio Kamenyaseviçə yenilən Sənan Süleymanov (77 kiloqram) rəqibi finala yüksələ bilmədiyi üçün turniri medalsız başa vurub.
Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.