Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Yenicag.az xəbər verir ki, ikinci yarış günündə üç cüdoçumuz tatamiyə çıxacaq.
Oğlanlar arasında -73 kq çəkidə Süleyman Əliyev və Vüsal Qələndərzadə, -81 kq çəkidə Ömər Rəcəbli güclərini sınayacaqlar.
Yarış Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
Qeyd edək ki, cüdoçularımız ilk gündə üç medal qazanıblar. Nizami İmranov qızıl, gümüş medallara sahib olub. Qadınların mübarizəsində Aydan Vəliyeva bürünc medal əldə edib.