Avropa çempionatı: Millimiz Gürcüstana məğlub oldu

Futzal üzrə Azərbaycan millisi Niderlandda keçirilən Avropa çempionatında ilk oyununu keçirib.

Yenicag.az xəbər verir ki, D qrupunda mübarizə aparan millimiz Gürcüstan yığması ilə qarşılaşıb.

Azərbaycan millisi qonşu ölkə seçməsinə 2:3 hesabı ilə məğlub olub.

Qrupun digər matçında İspaniya millisi Bosniya və Herseqovina ilə görüşəcək.

Qeyd edək ki, millimiz ikinci matçını yanvarın 26-da İspaniyaya qarşı keçirəcək.

 

 

COP29