!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Avropa Çempionatında paralimpiyaçılarımız finala vəsiqə qazandılar

!Reklam – Yazi

Avropa Çempionatının ikinci günündə paralimpiyaçılarımızdan üç nəfəri finala vəsiqə qazanıb.

Milli Paralimpiya Komitəsindən yenicag.az-a verilən məlumata görə, İtalyanın Genuya şəhərində keçirilən paracüdo idman növü üzrə Avropa Çempionatının ikinci günündə paralimpiyaçı cüdoçularımızdan kişilər arasında +100 kg çəkidə yarışan İlham Zəkiyev, qadınlar arasında +70 kg çəkidə Dürsədəf Kərimova və +63 kg çəkidə Xanım Hüseynova finala vəsiqə qazanıblar.

Digər idmançılarımızdan 100 kg çəkidə Kənan Abdullaxanlı və -81 kg çəkidə Hüseyn Rəhimli bürünc medal uğrunda mübarizə aparacaqlar.

Final görüşləri Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, yarışın birinci dünündə idmançılarımız 2 gümüş, 3 bürünc medal qazanıblar.

www.yenicag.az

1086
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv