Avropa çempionatının ən yaxşı futbolçusu açıqlandı

21 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının ən yaxşı oyunçusu bəlli olub.

Yenicag.az-ın məlumatına görə, turnirin ən yaxşı oyunçusu İspaniya millisinin yarımmüdafiəçisi Fabian Ruis seçilib.

Qeyd edək ki, “Napoli”də çıxış edən 23 yaşlı futbolçu turnirdə 2 qol vurub və 2 məhsuldar ötürmə edib. AÇ-2019-un qalibi finalda Almaniyanı 2:1 hesabıyla məğlub edən İspaniya millisi olub.