!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dünya çempionumuz idmandan uzaqlaşdı

!Reklam – Yazi

İkiqat Avropa və Dünya çempionu, Avropa Oyunlarının gümüş medalçısı, samboçu Amil Qasımovun karyerasını bitirdiyi deyilir. Yeniçağ.az-a verilən məlumata görə, buna səbəb 31 yaşlı idmançının ciddi zədə almasıdır. A.Qasımov artıq bundan sonra güləşməməyə qərar verib.

Məsələ ilə bağlı onunla əlaqə saxladıq. Yeniçağ.az-a danışan A.Qasımov ciddi zədə almasını təsdiqlədi:

“Düzdür, zədəliyəm, amma hələ ki, karyeramı bitirməmişəm. I Avropa Oyunlarında gümüş medal qazandıqdan sonra Dünya çempionatının gümüş medalına sahibləndim. 2016 -cı ilin mayında isə ikinci dəfə Avropa çempionu oldum. Həmin Avropa çempionatından sonra heç bir yarışa qatıla bilmədim. Çünki dizimdən çox ciddi zədə aldım. 2019-cu ildə növbəti Avropa Oyunlarına qatılmağı düşünürəm. İnşallah, bu Avropa oyunlarından qızıl medal qazanmağı qarşıma məqsəd qoymuşam. Zədəm çox ciddi olduğu üçün 2017-ci ildə heç bir yarışda iştirak etməyəcəm, müalicə olunuram”.

Amil Qasımov idmanla vidalaşaraq, dövlət qurumlarından birində işə başlaması xəbərinə də münasibət bildirdi:
“Xeyr, idmandan başqa heç bir işim yoxdur. Hələ ki, sambodayam”.

Aygün İlqarqızı

Yeniçağ.az

www.yenicag.az

584
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv