Güləşçilərdən ibarət Türkiyənin paralimpiya millisinin üzvü Seyfullah Karadəniz iş yeri ilə gündəmə gəlib.
Yenicag.az xəbər verir ki, Avropa çempionu çalışdığı iş yerində yerləri silir.
Ona bu işin rəva görülməsi birmənalı qarşılanmayıb.
Çankırı Güləşçilər Gənclik Dərnəyinin sədri Talip Dönməz açıqlama verərək bu duruma səssiz qalmayacaqlarını bildirib.
Qeyd edək ki, Seyfullah Karadeniz Olimpiya üçüncüsü olmaqla yanaşı, dünya ikincisidir.