“Avropa getdikcə daha çox birlik nümayiş etdirir və Ukraynaya dəstəklə bağlı qərarlarını əhəmiyyətli dərəcədə gücləndirir”.
Yenicag.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Brüsseldə Şuranın iclasının yekunlarına dair mətbuat konfransında bildirilib.
“İşlər yaxşı gedir və son həftələrdə əldə olunan irəliləyiş həm birlik baxımından, həm də hər şeydən əvvəl mövqelərimizi möhkəmləndirmək baxımından əhəmiyyətlidir”, – Fransa prezidenti bildirib.