!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa Gürcüstan üçün viza rejiminin ləğvinə dair razılığa gəldi

!Reklam – Yazi

georgiaAİ ölkələrinin təmsil olunduğu Aİ Şurası və Avropa Parlamenti Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair siyasi razılaşmaya nail olublar. Bundan sonra qərar, formal olaraq, Aİ Şurası tərəfindən təsdiqlənməlidir.

Yenicag.az “APA”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Slovakiyanın sədrlik etdiyi Aİ Şurasının rəhbərliyindən bildirilib.

“Gürcüstan sakinləri yaxşı xəbərlər var: Aİ Şurası və Avropa Parlamenti arasında Gürcüstan üçün viza rejiminin liberallaşdırılmasına dair razılıq əldə olunub. Növbəti addım Aİ Şurasında atılacaq”, – deyə Aİ Şurasının rəhbərliyindən bildirilib.

Bundan əvvəl Aİ Şurası, Avroparlament və Avrokomissiya arasında üçüncü ölkələr üçün viza rejiminin dayandırılması mexanizminə dair ilkin razılaşma əldə olunub. Aİ-nin müvafiq qərarı Avroparlament tərəfindən dəstəklənməli, daha sonra Aİ Şurası tərəfindən rəsmi qaydada təsdiqlənməlidir.

Səsvermənin dekabrın 15-də Strasburqda Avroparlamentin plenar sessiyasında səsverməyə çıxarılacağı gözlənilir.

Yenicag.az

www.yenicag.az

680
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv