Avropa İttifaqı 18+ saytlara qarşı tələbləri sərtləşdirdi

Avropa İttifaqı Rəqəmsal Xidmətlər Qanunu (DSA) ilə pornosaytlara uşaq istismarının qarşısının alınması və qeyri-qanuni şəkillərin yayılması ilə bağlı geniş öhdəliklər qoyub.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, bu saytların daha təhlükəsiz və şəffaf olmasını tələb edən hüquqi tənzimləməyə uyğun olaraq, daha sərt yaş yoxlama sistemi tətbiq olunacaq.

Beləliklə, 18 yaşına çatmamış şəxslərin pornoqrafik məzmuna daxil olmasına icazə verilməyəcək. Bundan başqa, saytlar qeyri-qanuni şəkillər üzərində daha sərt nəzarət tətbiq edəcək. İnsanların icazəsi olmadan seksual xarakter daşıyan görüntülərin yayımlanmasının qarşısı alınacaq. Həmçinin “deepfake” kimi tanınan süni intellekt vasitəsilə əldə edilən qeyri-qanuni görüntülərin yayılmasına da icazə verilməyəcək.

Saytlar bir insanın həyatı və ya təhlükəsizliyini təhdid edən cinayətin törədildiyi və ya törədilməsi ehtimalı ilə bağlı şübhə doğuran hər hansı məlumat əldə etdikdə dərhal təhlükəsizlik qüvvələrini xəbərdar edəcək. Artıq yetkinlik yaşına çatmayanları hədəfləyən və ya etnik mənsubiyyət, siyasi baxışlar və ya cinsi oriyentasiya kimi həssas məlumatların profilinə əsaslanan reklamlar təqdim edilməyəcək.

Risk qiymətləndirmə hesabatlarında, xüsusilə yetkinlik yaşına çatmayanların psixi və fiziki sağlamlığının qorunması ilə bağlı hər hansı mənfi təsirlər ətraflı şəkildə göstəriləcək. Saytların məzmunu Aİ qurumları tərəfindən təftiş üçün açıq olacaq. Saytlar moderasiya prosesləri ilə bağlı illik şəffaflıq hesabatlarını dərc etməli olacaqlar. Aİ-nin müəyyən etdiyi qaydaları pozan internet saytları böyük cərimələrə məruz qalır.

Aİ Komissiyasının daxili bazardan məsul komissarı Terri Breton da bildirdi ki, uşaqlar üçün daha təhlükəsiz onlayn mühit yaratmaq onların prioritet məqsədidir.

COP29