Avropa İttifaqı Azərbaycan xalqına başsağlığı verib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Bu barədə Yenicag.az-a Aİ-nin Azərbaycan Nümayəndəliyinin Mətbuat xidmətindən məlumat verilib.

“Biz həyatını itirən insanların ailələrinin və Azərbaycan xalqının dərdinə şərik olub yaralılara şəfa diləyirik”, – deyə Nümayəndəlikdən bildiriblər.

Qeyd edək ki, martın 2-də, saat 06:10-da Bakının Xətai rayonu ərazisindəki Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib. Nəticədə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 08:30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib. Faktla bağlı cinayət işi başlanılıb. Yanğının binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verdiyi ehtimal olunub.

COP29