Avropa İttifaqı Azərbaycanla bağlı müzakirələrə başladı: Gələn ildən bu layihə gerçəkləşə bilər – VİDEO
“Bloomberg” nəşrinin mənbələrə istinadla yaydığı məlumata görə, Avropa İttifaqı 2025-ci il üçün Azərbaycan qazının Ukraynadan keçərək, nəql edilməsi imkanlarını nəzərdən keçirir.
Məlumatda bildirilir ki, Avropa İttifaqının və Avropa ölkələri hökumətlərinin məmurları Ukrayna tərəfi ilə danışıqlar apararaq, Rusiya qazının ittifaq ölkələrinə nəqlinin 2025-ci ildə də davam etməsinə çalışırlar.
Mənbələrin verdiyi xəbərə görə, hazırda müzakirə edilən variantlardan biri Azərbaycandan qaz satın alınması və onun Ukrayna ərazisindən keçən Rusiya qaz kəməri vasitəsilə nəql edilməsidir.
Yenicag.az-la söhbətində Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, sözügedən məsələ prinsipcə mümkün variantdır.
Onun sözlərinə görə, əgər bu variant olmasaydı, Avropada Azərbaycan qazı ilə bağlı məsələni müzakirə etməzdilər.
Ətraflı videonu təqdim edirik:
Rafi Müslümov
Samir Məcidov