Avropa İttifaqı Çinə xəbərdarlıq etdi

Avropa İttifaqı (Aİ) Çinə xəbərdarlıq edib.

Yenicag.az “Politico” nəşrinə istinadən xəbər verir ki, xəbərdarlığı Aİ-nin Çindəki səfiri Jorge Toledo çatdırıb.

Onun sözlərinə görə, Çin Tayvana müdaxilə edəcəyi halda, Aİ sanksiyalar tətbiq edəcək.

“Bu, Rusiyaya tətbiq etdiyimiz sanksiyalara oxşar, yaxud daha sərt olacaq”, – o əlavə edib.