!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa İttifaqı Gürcüstana 8 milyon avro yardım ayıracaq

!Reklam – Yazi

скачанные файлы (2)Bu gün Tiflisdə Gürcüstan və Avropa İttifaqı arasında Assosiasiya Sazişinin prioritetlərinin həyata keçirilməsində Gürcüstana kömək edəcək müqavilə imzalanıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, imzalanma mərasimində Aİ-nın Gürcüstandakı səfiri Yanoş Herman və Gürcüstanın Avropa və avrostrukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri David Bakradze iştirak edib.

Müqavilədə Gürcüstana ətraf mühit sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və dövlət orqanlarının fəaliyyətində şəffaflığı təmin etmək üçün 8 milyon avro ayrılması nəzərdə tutulub.

Gürcüstanın Avropa və avrostrukturlara inteqrasiya məsələləri üzrə dövlət nazirliyinin aparatının mətbuat xidmətindən bildirilib: “AB yardımının əsas məqsədi əhaliyə edilən xidmətləri təkmilləşdirməyi təmin etməkdir. Proqram çərçivəsində həyata keçiriləcək bu yardım Gürcüstanın dövlət orqanlarının xüsusi sektorlarında xidmətin yaxşılaşdırılması və Avropa təcrübəsinə uyğun olaraq ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün ekspertlərin köməyini təşkil etməkdir. Proqramın həyata keçirilməsi nəticəsində ətraf mühit məsələləri barədə ictimaiyyətə məlumatların çatdırılmasının şəffaflığı artacaq,” mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə həmçinin bildirilib ki, məlumat mübadiləsi üçün Gürcüstanın Ədliyyə Nazirliyinin agentliyi və parlamentin gender məsələləri üzrə idarələrarası komitəsi də yardım alacaq.

Xatırladaq ki, Gürcüstan və Aİ arasında dərin və hərtərəfli azad ticarət zonası haqqında Assosiasiya Sazişi 27 İyun 2014 tarixində Brüsseldə imzalanıb. Gürcüstan bu sənədi iyulun 18-də, Avropa Parlamenti isə dekabrın 18-də ratifikasiya edib. Sənədin qüvvəyə minməsi üçün Avropa İttifaqına üzv olan ölkələrin hamısı sənədi ratifikasiya etməlidir.

www.yenicag.az

576
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv