Avropa İttifaqı Liviya çağırışlarında BMT-yə dəstək verdi

Avropa İttifaqı Birləşmiş Millətlər Tәşkilatının Liviya üzrə xüsusi nümayəndəsi Qassan Salamenin Liviyada atəşkəsin təmin olunması ilә әlaqәdar çağırışını dəstəkləyir.

Yenicag.az xəbər verir ki, Aİ-nin xarici işlәr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Salamenin Liviyadakı tərəflərә Qurban bayramından əvvəl atəşkəslә bağlı çağırışına toxunaraq deyib: “Avropa İttifaqı vә üzv dövlәtlәr Salamenin Liviyadakı tәrәflәrә Qurban bayramından әvvәl atəşkəs ilә bağlı çağırışını məmnuniyyətlə qarşıladı”.

Federika Moqerini Liviyadakı böhranın hərbi yolla həll olunmayacağını ifadә edәrәk, xüsusilə vətəndaşların tәhlükәsizliyinin tәmin edilmәsinin әhәmiyyәtini vurğulayıb. O, Liviyadakı tərəflərә terror təşkilatları ilə əməkdaşlıqdan uzaq olmaları ilә bağlı çağırış da edib.

Qeyd edәk ki, Birləşmiş Millətlər Tәşkilatının Liviya üzrə xüsusi nümayəndəsi Qassan Salame Liviyadakı tərəflərə Qurban bayramından əvvəl atəşkəsin tәmin olunması ilә әlaqәdar çağırış etmişdi.

Salame, hәmçinin Liviya mәsәlәsindә beynəlxalq konfransın keçirilmәsinin әhәmiyyәtini dә vurğulamışdı.

Xatırladaq ki, Liviyanın şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Hafter paytaxt Tripolini ələ keçirmək məqsədilə aprelin 4-də hücum üçün göstəriş vermişdi. Beynəlxalq miqyasda legitimliyi olan Milli Həmrəylik Hökumətinə tabe qüvvələr də ona qarşı əməliyyat başlatmışdı./AZƏRTAC/

COP29