Avropa İttifaqı Polşa əleyhinə sanksiya prosedurunu işə salıb

Avropa Ittifaqı məhkəmə islahatlarına görə Polşa əleyhinə sanksiya prosedurunu işə salıb. Brüsselin fikrincə, islahatlar ölkədə məhkəmə sisteminin müstəqilliyinə zərər vurur.

Yenicag.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Avropa Komissiyası Varşavaya qanun pozuntularının qarşısının alınması üzrə prosedur barədə rəsmi xəbərdarlıq göndərib.

Bir qədər əvvəl Aİ-nin icra kollegiyası keçirdiyi iclasda Polşada məhkəmə islahatları ilə bağlı vəziyyəti müzakirə edib. İclasda vəziyyətin əvvəlki kimi qənaətbəxş olmadığı qərarına gəlinib və bununla yanaşı, Prezident Anjey Dudanın ən təzadlı iki qanun layihəsinə veto qoyduğu qeyd edilib. Lakin Duda Brüsselin tənqid etdiyi digər iki layihəni, o cümlədən ordinar yurisdiksiya məhkəmələrinin fəaliyyəti barədə qanun layihəsini imzalayıb.

Yenicag.Az

COP29