!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa İttifaqı Rusiyadan kömür idxalını dayandırdı

!Reklam – Yazi

Avropa İttifaqının (Aİ) Rusiyadan kömür idxalına qadağa qoyan qərarı bu gün qüvvəyə minib.

Yenicag.az “Sözcü”yə istinadən xəbər verir ki, Aİ ölkələrinin aprel ayında qəbul etdiyi sanksiyalar paketinə əsasən, Rusiyadan gələn və ixrac edilən ildə 8 milyard avro dəyərində kömür və digər bərk qalıq yanacaqların alınması, idxalı və ya Aİ-yə ötürülməsi qadağan edilib.

Rusiyadan neft idxalına qoyulan qadağanın dekabrda qüvvəyə minəcəyi gözlənilir.

Qeyd edək ki, Aİ ölkələrinə ən çox kömür verən ölkə Rusiya olub. Rusiya Avropaya kömür ixracının təxminən 25 faizini həyata keçirirdi. Aİ ölkələri isə ümumi kömür idxalının 45 faizini və elektrik enerjisi istehsalında istifadə olunan termik kömürün 70 faizini Rusiyadan təmin edirdi. Rusiya Energetika Nazirliyinin məlumatına görə, Rusiya 2021-ci ildə Aİ-yə 48,7 milyon ton kömür satıb.

Gülşən

www.yenicag.az

507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv