Avropa İttifaqı Türkiyə ilə bağlı qərar verdi

Avropa İttifaqı Sammitində iştirak edən birlik ölkələrin liderləri Türkiyə ilə siyasi və iqtisadi dialoqu gücləndirməklə bağlı qərar qəbul edib.

Bu barədə Yenicag.az Anadolu agentliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, liderlər Avropa Şurasına Türkiyə ilə Gömrük İttifaqı arasında əlaqələrin yenilənməsi yollarını araşdırmaq və tətbiqetmədə çətinliklərlə əlaqədar rəsmi Ankara ilə müzakirələrin intensivləşdirilməsini istəyiblər.

Bundan başqa rəhbərlər Türkiyə ilə qarşılıqlı maraq doğuran sahələrdə yüksək səviyyəli dialoqa hazır olduqlarını bildiriblər. Avropa Komissiyasından Türkiyə ilə iqtisadi əməkdaşlığın inkişafı, xalqlar arasında əlaqə quraraq səyahət mövzularında araşdırma aparılması istənilib.

Brüssel terrorizmə qarşı mübarizə, sağlamlıq və iqlim kimi qarşılıqlı maraq doğuran məsələlərdə Türkiyə ilə yüksək səviyyəli dialoqa başlamağa hazırdır.

Quruma üzv dövlətlərin liderləri miqrasiya idarəçiliyi mövzusunda Türkiyə ilə əlaqələrin gücləndirilməsinin lazım olduğunu da bildiriblər.

COP29