Avropa İttifaqı amerikalı milyarder İlon Maska məxsus “Twitter”i bloklaya bilər.
Yenicag.az xəbər verir ki, bu, “Twitter”in Aİ-nin kontent moderasiyası qaydalarına əməl etmədiyi təqdirdə baş verə bilər.
Avropa İttifaqının daxili bazar üzrə komissarı Tyerri Breton bununla bağlı Maskla videogörüş keçirib. O bildirib ki, qaydalara əməl edilmədiyi təqdirdə “Twitter” bloklana və ya qlobal dövriyyənin 6%-i qədər məbləğdə cərimələnə bilər./Oxu.az/