!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

"Avropa İttifaqı yeni görüşlər formatının təşkil olunmasında israrlıdır" - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan Brüssel formatında maraqlı olmalıdır və fəallıq göstərməlidir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş haqqından danışarkən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Yenicag.az-a açıqlamasında deyib.

Sabiq nazir bildirib ki, danışıqların real nəticələri çox deyil:

“Digər nəticələr görüşün nəticələrindən daha vacibdir. Görürük ki, Avropa İttifaqı Qərbi təmsil edərkən yeni görüşlər formatının təşkil olunmasında israrlıdır. Minsk qrupu adlandırılan köhnə format artıq gündəmdə deyil. Çünki ən azı Avropa İttifaqı Minsk qrupunu yada salmır.

Azərbaycan bundan udacaq. Ən fəal görünən Türkiyə-Rusiya formatıdır. Postkonflikt dövründə bəzi məsələləri həll edirik. Düzdür, sürət yavaşdır, ancaq bir çox məsələləri həll edəcəyik. Burada Qərbin də iştirakı vacibdir. Bölgədə marağı olan Qərb bu məsələdə bizə lazımdır. Çünki iqtisadi baxımdan Azərbaycan Qərblə yaxındır.

Hesab edirəm ki, Azərbaycan Brüssel formatında maraqlı olmalıdır və fəallıq göstərməlidir.

Prezidentin köməkçisi qeyd etdi ki, artıq Qarabağ problemi xarici siyasət mövzumuz deyil, daxili siyasətə aid məsələlərdir. Avropa institutları əgər bu məsələlərlə məşğul olmaq istəsə, Azərbaycan bunun üçün şərait yaradacaq. Ancaq hansısa şəkildə daxili məsələmiz olan Qarabağ mövzusu artıq xarici siyasət məsələsi deyil. Bu, Brüssel görüşünün əsas tendensiyalarından biri idi”.

Səxavət Məmməd

www.yenicag.az

347
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv