!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa İttifaqında istefaya səbəb olan fikir ayrılığı – Fransalı təmsilçi vəzifəsindən getdi

!Reklam – Yazi

Daxili bazar üzrə Avropa komissarı Terri Breton Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə fikir ayrılığından sonra istefa verib. Breton istefa bəyanatında birbaşa fon der Leyeni günahlandırıb.

Yenicag.az xəbər verir ki, Breton Ursula fon der Leyen ilə fikir ayrılığına görə istefa verdikdən sonra Fransa xarici işlər naziri Stefan Sejourneni yeni komissar üzvü kimi irəli sürüb.

Bretonun istefası iyun seçkilərindən sonrakı keçid dövründə gözlənilməz hadisə olub.

“X” sosial media platformasında istefa verdiyini açıqlayan Breton yeni beş illik müddət üçün komandasını elan etməyə hazırlaşan fon der Leyeni “şübhəli idarəçilikdə” günahlandırıb.

Fransa prezidenti Emmanuel Makronun ofisi açıq şəkildə bildirib ki, Fransa sənaye müstəqilliyi və Avropanın rəqabət qabiliyyətinə əsaslanan bir gündəm istəyir.

Son beş ildə Avropa Komissiyasının ən görkəmli üzvlərindən biri olan Breton milyarder İlon Maskla debatları, Avropa İttifaqının (Aİ) iri texnologiya şirkətləri üçün tənzimləmələrində aparıcı rolu, Aİ-nin koronavirusa qarşı peyvənd siyasəti və virusa qarşı mübarizəni dəstəkləmək səyləri ilə tanınır.

“Reuters” bu iddianı təsdiq edə bilməyib. Von der Leyenin ofisi Bretonun açıqlamaları və istefası ilə bağlı suallara cavab verməyib.

Hər bir Aİ üzv dövlətinin Komissiyada üzvü olsa da, onların siyasi təsiri və əhəmiyyəti gündəmdən asılı olaraq dəyişə bilər.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv