!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa İttifaqından cəbhədəki döyüşlərə münasibət

!Reklam – Yazi

Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi üzrə danışıqlar başlayıb.

Bu barədə jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. Onun sözlərinə görə, hazırda hər iki tərəf danışıqların növbəti mərhələsinə hazırlaşır: “Düşünürəm ki, biz hazırlıq işimizdə çox ambisiyalıyıq. Danışıqların növbəti mərhələsi çox tezliklə başlayacaq. Aramızda razılaşmanı daha geniş sahələrdə – iqtisadiyyat, miqrasiya, ticarət, idarəçilik, insanlararası əlaqələr və mədəniyyət sahələrində inkişaf etdirməyə dair konsensus mövcuddur. Ona görə də tərəflərin hazırlaşması üçün daha çox məsələlər var”..

Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttindəki gərginliyə toxunan səfir status-kvonun qəbuledilməz olduğunu bildirib və ATƏT-in Minsk qrupunun fəaliyyətinə dəstək verdiyini qeyd edib. Səfir bildirib ki, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalberbu yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətindədir və səfəri zamanı münaqişənin nizamlanması məsələsi müzakirə olunacaq.

Yeniçağ.az

www.yenicag.az

607
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv