Avropa İttifaqı (Aİ) Əsəd rejiminin vəhşiliyinə son qoymaq üçün ABŞ-la birlikdə fəaliyyət göstərəcəyini bəyan edib.
Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Donald Tusk bu barədə özünün sosial şəbəkə hesabında yazıb.
Donald Tusk ABŞ-ın Suriyadakı Şaytar aviabazasını bombalamasını “Kimyəvi silahla hücum qarşısında lazım olan qətiyyətin göstərilməsi” kimi qiymətləndirib.
Komissiya sədri Aİ-nin bu məsələdə ABŞ-la birlikdə olacağını bəyan edib:
“Kimyəvi silahla barbarcasına edilən hücuma qətiyyətli cavab verilməsinə ehtiyac vardı. Avropa İttifaqı Suriyadakı vəhşətin bitməsi üçün ABŞ-la birlikdə hərəkət edəcək”.
Yeniçağ.Az