Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Avropa İttifaqından reaksiya: "Qaşıqçı hadisəsi şəffaf və geniş araşdırılsın"

Avropa İttifaqı, Səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsinə dair hərtərəfli və şəffaf bir araşdırma tələb edib.

Yenicag.az xəbər verir ki, bu barədə AB Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə yüksək nümayəndəsi Federica Mogherini yazılı açıqlamasında bildirib.

AB-nin bütün dünyadakı jurnalistlərin qorunması və mətbuat azadlığının təmin edilməsi mövzusunda qərarlı olduğunu ifadə edən Mogherini, “Qaşıqçının ölümüylə bağlı detallar və 1963-cü il Vyana “Konsulluqlar Konvensiyası”nın kobud şəkildə pozulması çox narahatlıq doğurur” – deyə qeyd edib.

Mogherini, hadisənin 1963 Vyana Konsolluqlar Konvensiyanın “konsulluğun olduğu ölkənin qanun və qaydalarına hörmət göstərməsi”ni nəzərdə tutan 55-ci maddəsini pozduğunu vurğulayıb.

Qaşıqçının anısının və yaxınlarının ədalətli qərarı haqq etdiyini vurğulayan Mogherini: “Qaşıqçının öldürülməsində günahkar olan hər kəs cavab verməlidir. Bunun üçün şəffaf və əhatəli araşdırma aparılmalıdır” – deyə çağırış edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı rəhbərliyi, 2 Oktyabrda İstanbul Başkonsulluğuna girdikdən sonra xəbər alına bilməyən Qaşıqçının “konsulluq binasında yaşanan dava nəticəsində öldüyünü” açıqlayıb.

Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA-da yer alan məlumata görə, Səudiyyə Ərəbistanı Prokurorluğunun istintaq nəticəsində gəldiyi qərarda, Camal Qaşıqçının İstanbul Başkonsulluğuna gəldiyi zaman burada olan digər Səudiyyə vətəndaşları ilə aralarında çıxan münaqişə sonrasında öldürüldüyü bildirilib.

Loading...

www.yenicag.az

3705
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100