!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa İttifaqından şok qərar – Köhnə qitə qarışır…

!Reklam – Yazi

Avropa Parlamenti Avropa İttifaqının başlıca dəyərlərinin pozulmasını əsas gətirərək, Macarıstana qarşı sanksiyaların tətbiqinə səs verib.

Yenicag.az xəbər verir ki, Macarıstan hakimiyyəti mətbuata, milli azlıqlara və qanunun aliliyinə yönəlmiş hüquq pozuntuları ilə ittiham olunub.

Avropa Parlamenti üzvləri sözügedən məsələlərlə bağlı Macarıstanı cəzalandırmaq lehinə 197, əleyhinə 448 səs veriblər. Qərarın təsdiq olunması üçün isə 2/3 səs çoxluğu lazımdır.

Çərşənbə günü keçirilən səsvermədə qəbul olunan qərar Avropa Parlamentinin quruma üzv ölkələr haqqında ilk belə qərarı kimi tarixə keçib.

Qəbul olunan qərarda Macarıstanın Avropa İttifaqında səs hüquqlarının dayandırılması və digər sanksiyaların tətbiqi nəzərdə tutulub.

Macarıstan nə ilə günahlandırılır?

Hakimiyyətə gəldikdən sonra Orban hökuməti miqrantlara qarşı sərt mövqe tutub. Qaçqınların köçürülməsini asanlaşdırmaq məqsədi ilə fəaliyyət göstərən vəkillərin və fəalların işinə müəyyən əngəllər törədilib.

Eyni zamanda məhkəmələrə və seçki sisteminə təzyiqlər, korrupsiya hallarının artması haqqında məlumatlar da müzakirə mövzusu olub.

Avropa Parlamenti Macarıstan tərəfinin aşağıdakı məsələlərlə bağlı Avropa dəyərlərini heçə saydığını vurğulayıb:

Konstitusiya və seçki sistemi;

Gizlilik və məlumatların qorunması;

İfadə və din azadlığı;

Akademik azadlıqlar;

Qaçqın və Yəhudilər kimi azlıqlar üçün bərabər hüquqlar.

Avropa İttifaqı həmçinin Macarıstanın bu cür siyasi xətt yürütməyə davam edəcəyi təqdirdə, İttifaqa üzvlüyünün dayandırılmasının mümkünlüyünü də vurğulayıb.

Cənab Orban çərşənbə axşamı məsələyə münasibət bildirərək bunun böhtan yoluyla Macarıstana qarşı aparılan kompaniya olduğunu qeyd edib.

Macarıstan tərəfi istənilən sanksiyalara qarşı hazır olduqlarını qeyd edib.

Macarıstanın xarici işlər naziri Peter Szijjarto qərarı şərh edərkən, bunu “immiqrasiya” siyasətçilərinin onlara qarşı “kiçik intiqam”ı adlandırıb.

Digər ölkələrdən müəyyən siyasətçilər də Orban hökumətini müdafiə edib. Məsələn, Böyük Britaniyanın Brexit məsələləri üzrə millət vəkili də məsələyə Macarıstanın leyhinə münasibət bildirib. O, bu qərarın “AB-nin avtoritar mövqeyi”ni nümayiş etdirdiyini söyləyib.

“Bu məsələdə birtərəfli qərar qəbul etmək düzgün deyil. Macarıstanı qanunun aliliyinipozmaq ittihamıyla cəzalandırmağı dayandırmaq lazımdır. Bu, demokratiya, qanunun aliliyi və fundamental hüquqlara söykənən bir birlik üçün qəbuledilməzdir” – deyə Avstraliyalı rəsmilər məsələyə münasibət bildiriblər.

“Avropa Komissiyasının AB-nin qanunlarına hörmətlə yanaşmayan ölkələrə qarşı belə prosedurlar tətbiq etməsini normal qarşılamaq lazımdır. Bugünkü qərarla tam razıyam” – deyə Avropa Komissiyasının sədri Jean-Claude Juncker bildirib.

www.yenicag.az

2054
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv