Avropa İttifaqının ən hündür göydələni tikildi – Foto

Avropa İttifaqının ən hündür göydələni olan “İntempo” 17 il davam edən maliyyə problemlərinin ardından tamamlanıb.

Yenicag.az trthaber.com-a istinadən xəbər verir ki, İspaniyanın Benidorm şəhərindəki göydələn 47 mərtəbədən ibarətdir.

İnşa işlərinin tamamlanması ilə Aİ ən yüksək göydələninə qovuşub.

“İntempo” 187 metr hündürlüyə malikdir. Bir-birinə bağlı əkiz qülıələr saniyədə 4,2 metr sürətlə hərəkət edən və ən üst mərtəbəyə 52 saniyədə çata bilən sürətli liftlə tchiz olunub.

Qüllədə bir mənzilin dəyəri təxminən 2 milyon avrodur. 256 mənzilli binada 100 mənzil əvvəlcədən satılıb.