Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Avropa İttifaqının (Aİ) yeni kabinet üzvlərinin adlarını elan edib.
Yenicag.az xəbər verir ki, 27 ölkəni (Böyük Britaniya artıq Aİ-dən çıxmış hesab olunur) təmsil edən bu hökumətin qarşısında Brexit sonrası vəziyyət və iqlim dəyişiklikləri kimi ciddi problemlər durur. Eyni zamanda, kabinetdə daha çox zərif cinsin nümayəndəsi (13 qadın və 14 kişi) təmsil olunub. Kabinet üzvlərinin siyahısı Avropa Parlamentinin iclasında təsdiq edilməlidir.
Brüsseldə yerləşən Avropa Komissiyası Aİ-yə üzv 27 ölkənin maraqlarını təmsil edir və qanun layihələri hazırlayan yeganə orqandır. Kabinetdə hər üzv dövlətdən bir nəfər beş illik səlahiyyət müddətinə təyin olunur. Ursula von der Leyen vitse-prezident və daxili işlər üzrə komissar vəzifəsinə də öz həmcinsini – danimarkalı siyasətçi Marqret Vestaqeri təyin edib. O, Aİ-nin səlahiyyətli nümayəndəsi qismində son beş ildə texnologiyalar sahəsində Google və Apple kimi şirkətlərə qarşı təhqiqatlara rəhbərlik edib, bundan əvvəl isə Danimarkanın İqtisadiyyat və Daxili İşlər naziri vəzifəsini tutub.
Aİ-nin yeni kabinetinin tərkibi aşağıdakı kimidir: büdcə və administrasiya məsələləri komissarı Yohannes Han (Avstriya), ədalət -Mariya Qabriel (Bolqarıstan), innovasiyalar və gənclər – Dubravka Suika (Xorvatiya), demokratiya və demoqrafiya – Stella Kiryakides (Kipr), səhiyyə – Vera Jurova (Çexiya), qiymətlər və şəffaflıq – Kadri Simson (Estoniya), enerji – Yutta Urpilaynen (Finlandiya), beynəlxalq tərəfdaşlıq – Silviya Qulard (Fransa), beynəlxalq bazarlar – Laslo Troksanyi (Macarıstan), qonşuluq siyasəti və genişləndirmə – Paolo Gentilyoni (İtaliya), iqtisadiyyat – Valdis Dombrovskis (Latviya), əhali və əmək məsələləri –Virginyus Sinkeviçus (Litva), ətraf mühit və okeanlar – Nikolas Şmit (Lüksemburq), məşğulluq – Helena Dalli (Malta), bərabərlik – Yanuş Voyseçovski (Polşa), kənd təsərrüfatı – Eliza Ferreyra (Portuqaliya), dinc-yanaşı yaşama və islahatlar – Rovana Plumb (Rumıniya), nəqliyyat – Maros Sevçoviç (Slovakiya), əlaqələr və proqnozlar – Yanez Lenarçiç (Sloveniya), böhranların idarə edilməsi – Jozep Borrel ( İspaniya), dünyada güclü Avropa – İlva Yohansson (İsveç).