Avropa Liqası: 1/8 finalın püşkü atılır

Avropa Liqasında 1/16 final mərhələsi başa çatıb.

Yenicag.az xəbər verir ki, bu gün 1/8 final mərhələsinin püşkü atılacaq. İsveçrənin Nion şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə 16:00-da başlayacaq. Reqlamentə görə, eyni ölkəni təmsil edən klublar bu mərhələdə rəqib ola biləcəklər. Ukrayna və Rusiya klubları isə üz-üzə gələ bilməyəcəklər.

1/8 finalın ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də reallaşacaq.

1/8 finala yüksələn klublar:

“Sevilya” (İspaniya)

“Arsenal” (İngiltərə)

“Dinamo” (Xorvatiya)

“Ayntraxt” (Almaniya)

“Napoli” (İtaliya)

“Zalsburq” (Avstriya)

“Valensiya” (İspaniya)

“Vilyarreal” (İspaniya)

“Zenit” (Rusiya)

“Krasnodar” (Rusiya)

“Benfika” (Portuqaliya)

“Çelsi” (İngiltərə)

“Dinamo” (Ukrayna)

“Slaviya” (Çexiya)

“İnter” (İtaliya)

“Renn” (Fransa)