Avropa Liqası: “Beşiktaş” ilk qələbəsini qazandı

Avropa Liqasının V turu davam edir.

Yenicag.az saytının məlumatına görə, turun daha 11 oyunu keçirilib.

Türkiyə təmsilçilərindən ikisi meydana çıxıb. “Başakşəhər” evdə “Roma”ya uduzaraq liderliyi əldən verib. “Beşiktaş” isə “Slovan”la görüşdə ilk xalını qazanıb.

Bu qarşılaşmalardan sonra “Braqa”, “Vulverhempton”, “Gent” və “Volfsburq” 1/16 finala yüksəlib.

Qeyd edək ki, tura saat 00:00-da başlayacaq matçlarla yekun vurulacaq.