!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Avropa Liqası: ermənilərdən türk futbolçulara qarşı təxribat

!Reklam – Yazi

Bu gün Avropa Liqasının 1/4 final mərhələsində “Lion”-“Beşiktaş” matçı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, “Lion”un stadionunun yerləşdiyi Desin-Şarpödə yaşayan ermənilər yerli futbolçulara “Bizim üçün oynayın” deyə çağırış ediblər.

Erməni əsilli fransız tərəfdar Kristian Manukyan “Türklər qəlbimizdə yerləri olmadıqlarını bilirlər. Bütün ermənilər “Lion”u dəstəkləyir. Oyunçular erməni əsilli “Lion” tərəfdarları üçün oynasınlar. Bu, onları motivasiya edəcək” ifadələrini işlədib.

Digər bir erməni tərəfdar Yohan Manukyan isə “Türklər milliyətçidir. Bütün matç ərzində qalmaqal yaradacaqlar. Bu biletlər bizim qəsəbəmizdə deyil də, türklərə necə satıldı anlamıram. Rəhbərlər stadionu ermənilərlə doldurub onların “Lion”u dəstəkləmələrinə şərait yarada bilərdilər. Komandanın futbolçuları Desindəki ermənilər üçün oynayacaqlarının fərqinə varsınlar” çağırışını edib.

Yeniçağ.az

www.yenicag.az

533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv