Avropa Liqası: Klublarımız növbəti mərhələyə adladı! – VİDEO

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulub.

Yenicag.az xəbər verir ki, sözügedən mərhələdə mübarizə aparan “İnter”lə yanaşı, “Zirə” də meydana çıxıb.

Zaur Svanadzenin yetirmələri doğma meydanda səfərdə 3:0 hesabı ilə qalib gəldiyi Serbiyanın “Mladost” klubunu qəbul edib. “Dalğa Arena”da keçirilən qarşılaşma bakılıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Sabiq “bankirlər” ikinci mərhələdə Lüksemburqun “Fola” komandası ilə qarşılaşacaq.

“Zirə” isə səfərdə ilk oyunda 2:0 hesabı ilə məğlub etdiyi Lüksemburq “Differdanj”ının qonağı olub. Ayxan Abbasovun komandası hesabda geri olsa da, sonradan geridönüş etməyi bacarıb. 2:1 hesablı qələbə Azərbaycan təmsilçisini növbəti mərhələyə daşıyıbı.

Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunları
6 iyul
“İnter” (Azərbaycan) – “Mladost” (Serbiya) – 2:0
Qol: Denis Silva, 23, Nizami Hacıyev, 74
Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 3:0

“Differdanj” (Lüksemburq) – “Zirə” (Azərbaycan) – 1:2
Qol: Vandenbrok, 11 – Manqa, 63, Qadze, 68
Differdanj Şəhər Munisipal stadionu
İlk oyun – 0:2

Yenicag.az