Avropa Liqasında finalçılar müəyyənləşdi – Yenicag.Az

Reklam

Reklam

Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Yenicag.az xəbər verir ki, İspaniya və Avstriyada baş tutan cavab görüşlərindən sonra hər iki finalçının adına aydınlıq gəlib.

Erkən final adlandırılan “Atletiko” – “Arsenal” cütü bu dəfə Madriddə üz-üzə gəlib. Londonda keçirilən ilk görüşdə 1:1 hesablı bərabərlik qeydə alındığından komandaların finala çıxmaq şansı bərabər qiymətləndirilirdi. Doğma meydanda minimal hesabla qalib gələn Madrid təmsilçisi finala vəsiqə qazanıb.

Digər yarımfinal görüşündə isə səfərdə 2 cavabsız qolla uduzmuş “Zalsburq” doğma meydanda Marsel “Olimpik”i ilə qarşılaşıb. Avstriyalıların doğma meydanda həlledici oyuna vəsiqə qazanmaq üçün əlindən gələni edəcəyi şübhə doğurmurdu. Bu komanda hətt ikinci hissədə vurduğu iki qolla ümumi hesaba tarazlıq gətirməyi də bacarıb və matçı əlavə vaxta daşıyıb. Lakin əlavə vaxtın sonlarında fransızlar buraxılan qollardan birinin əvəzini çıxmağa nail olublar. Bu, həm də “Olimpik”i Avroliqanın finalına daşıyıb.

Avropa Liqası
Yarımfinalın cavab oyunları
3 may

“Atletiko” (İspaniya) – “Arsenal” (İngiltərə) 1:0
Qol: D.Kosta, 45.
Baş hakim: Canluka Rokki (İtaliya).
İlk oyun – 1:1.

“Zalsburq” (Avstriya) – “Olimpik” (Marsel, Fransa) 2:1
Qollar: Haydara, 53. Sarr, 65-avtoqol – Rolando, 116.
Baş hakim: Sergey Karasyov (Rusiya).
İlk oyun – 0:2.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9460
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.