Avropa Liqasında meydan sahiblərinin günü

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.

Yenicag.az xəbər verir ki, “Arsenal” doğma azarkeşləri önündə Moskvanın ÇSKA klubunu qəbul edib və rəqibini darmadağınla yola salıb.

“Atletiko” isə Madriddə “Sportinq”lə münasibətlərə aydınlıq gətirib. İspanlar inamlı qələbəyə seviniblər.

“Latsio” “Zalsburq”u, “Leyptsiq” isə “Marsel”i qonaq edib. Bu oyunlarda da meydan sahibləri sevinən tərəf olublar.

Avropa Liqası
1/4 final (ilk oyunlar)
5 aprel

“Arsenal” (İngiltərə) – ÇSKA (Moskva, Rusiya) 4:1
Qollar: Remzi, 9; 28. Lakazett, 23-pen; 35 – Qolovin, 15.

“Atletiko” (İspaniya) – “Sportinq” (Portuqaliya) 2:0
Qollar: Koke, 1. Qrizmann, 40.

“Latsio” (İtaliya) – “Zalsburq” (Avstriya) 4:2
Qollar: Luliç, 8. Parolo, 49. Anderson, 74. İmmobile, 76 – Berişa, 30-pen. Minamino, 71.

“Leyptsiq” (Almaniya) – “Olimpik” (Marsel, Fransa) 1:0
Qol: Verner, 45.

COP29