Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəində keçirilən “Şturm” – AEK matçında xoşagəlməz hadisə qeydə alınıb.
Yenicag.az xəbər verir ki, Avstriyada keçirilən qarşılaşmanın 78-ci dəqiqəsində tribunadan atılan şüşə qab yan xətt hakiminin başına dəyib.
Nəticədə yerə yıxılan laynsmanın başı qanayıb. Bunu görən isveçli baş hakim Məhəmməd əl-Hakim komandaları paltardəyişmə otağına göndərib.
Qeyd edək ki, 40 dəqiqə fasilənin yarandığı qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.