Avropa Liqası: “Qarabağ” 1/8 final mərhələsində rəqibi BİLİNDİ

Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. 

Yenicag.az xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində baş tutub.

Püşkatma zamanı Ağdamın “Qarabağ” klubunun da rəqibi müəyyənləşib.

Belə ki, ağdamlılar bu mərhələdə “Bayer” (Almaniya) klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Avroliqada 1/8 finalın ilk oyunları 7 mart tarixində, cavab görüşləri isə 14 mart tarixində keçiriləcək.

 

***

15:10

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilir.

Yenicag.az mərasimdən canlı yayımı təqdim edir.

***

09:50

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq.

Yenicag.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə vəsiqə qazanan “Qarabağ”ın da rəqibi məlum olacaq. Ağdam təmsilçisi səpələnməmişlər səbətində yer alıb.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

“Qarabağ”ın potensial rəqibləri:

“Atalanta” (İtaliya)

“Bayer” (Almaniya)

“Brayton” (İngiltərə)

“Vest Hem” (İngiltərə)

“Vilyareal” (İspaniya)

“Liverpul” (İngiltərə)

“Reyncers” (Şotlandiya)

“Sparta” (Çexiya)

Qeyd edək ki, bu mərhələnin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də keçiriləcək.

COP29