Avropa “mədəniyyət”i: Məscidin qapısına “insan başı” asdılar

Hollandiyada sağçı “Rechts in Verzet” hərakatının bir qrup üzvü Amsterdamda müsəlmanlara qarşı irqçi addım atıblar.

Yenicag.az xəbər verir ki, onlar “Əmir Sultan” məscidinin giriş qapısına başı kəsilmiş insan başının maketini asaraq bunları yazıblar: “İslam dayandırılmalıdır. Burada Ərdoğana aid məscid istəmirik”.

“Əmir Sultan” məscidinin sədri Kamber Şener bunu müsəlmanlara qarşı növbəti təzyiq adlandırıb.

Amsterdam polisi faktla bağlı araşdırma başladıb.