Avropa Mərkəzi Bankı uçot dərəcəsini növbəti dəfə artırdı

Avropa Mərkəzi Bankı (ECB) uçot faiz dərəcəsini 25 baza bəndi artırıb.

Yenicag.az xəbər verir ki, bu artımla depozit faiz dərəcəsi 3,75 faizə, əsas faiz dərəcəsi 4,25 faizə, təkrar maliyyələşdirmə dərəcəsi isə 4,50 faizə yüksəlib.

Qeyd edilib ki, əsas hədəf inflyasiyanın ortamüddətli hədəf olan 2 %-ə qaytarılmasını təmin etməkdir.