Avropa Mərkəzi Bankı uçot dərəcəsini qaldırdı

Avropa Mərkəzi Bankı (ECB) cümə axşamı keçirilən iclasdan sonra uçot dərəcəsini 50 bənd artıraraq 3,5 %-ə qaldırıb.

Yenicag.az xəbər verir ki, bu barədə tənzimləyicinin məlumatında deyilir.

Depozitlər üzrə faiz dərəcəsi 3 %-ə, qısamüddətli kreditlər üzrə faiz dərəcəsi isə 3,75 %-ə qədər artırılıb.

Məlumatda ECB-nin çox yüksək inflyasiyanın uzun müddət davam edəcəyini gözlədiyi qeyd edilib./Report/

COP29