“May ayına kimi Rusiya ilə Ukrayna arasında atəşkəs əldə olunacaq”.
Bu sözləri Rusiya Ukrayna müharibəsində atəşkəs müəmmasını Yenicag.az-a dəyərləndirən politoloq Yusif Bağırzadə deyib.
Onun sözlərinə görə, hər iki tərəf yorulub:
“2022-c ildən bəri dünya nizamını dəyişən, BMT-ni bur qurum kimi yarasız bir şeyə çevirən, beynəlxalq hüquq sistemini məhv edən Rusiya-Ukrayna müharibəsi davam edir. Tramp prezident səlahiyyətlərini yanvarın 20-dən sonra icra etməyə başlayacaq. Hesab edirəm ki, may ayına kimi atəşkəs əldə olunacaq. Trampın fikri odur ki, dünyada münaqişə ocağı qalmasın. Çünki ABŞ istənilən formada – ya ittifaq formasında, ya ittifaqlardan kənarda tərəf olur. Tramp düsturu da verib. Əgər Zelenski masa arxasında oturmasa, yardımı kəsəcək, əgər Putin oturmasa, onda da Ukraynaya yardımı artıracaq.
Zelenski açıq şəkildə bəyan edir ki, onların adından heç kim danışa bilməz. Rusiyanın da istədiyi odur ki, masa arxasında ABŞ də otursun. Atəşkəs mütləq şəkildə əldə olunacaq. Çünki müharibənin davam etdirilməsi ABŞ-yə, Avropa İttifaqına, hətta Rusiyaya da xeyir etmir. Putinin özü də yorulub. Ona görə də tərəflər anlaşmağa gedəcəklər”.
Səxavət Məmməd