“Aİ-nin monitorinq missiyası Qarabağa göndərilən humanitar yüklə bağlı məsələ hansısa yolla həll olunana qədər gecə-gündüz Laçın yolunda qalacaq”.
Yenicag.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter deyib.
Ritter qeyd edib ki, “humanitar yardım”la dolu 19 yük maşını dünəndən etibarən Kornidzor sərhəd bölgəsində dayanıb və onlar Aİ-nin mülki müşahidə missiyasındadır.