Reklam

Reklam

Azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) qətlindən sonra çeçen Həmzət Qastamirov mərhum “qanuni oğru”nun Avropa “obşaqı”nın mühafizəsini üzərinə götürdüyü və onun qitədəki aktivləri ələ keçirtdiyi bildirilir.

Yeniçağ.Ru-nun məlumatına görə, “Kriminal Rusiya” nəşri çeçen avtoritet Həmzət Qastamirovun “Avropa kassası”na aidiyyatını və onun təsvir olunduğu qədər miqyaslı fiqur olduğunu şübhə altına alan material dərc edib.

“Şeyx Həmzət”

Məlumatlı mənbəyə istinad edən “Sputnik Azərbaycan” mərhum Rövşən Lənkəranskinin yaxın çevrəsində olmuş nüfuzlu çeçen avtoritet Həmzət Qastamirovun silahlı basqına məruz qaldığına dair xəbər yayıb. Bununla belə, “Kriminal Rusiya” nəşrində “Sputnik”in çeçen avtoritet haqqında yayımladığı məlumat, o cümlədən onun müasir kriminal aləmdəki mövqeyi şübhə altına alınıb.

Qastamirovun hücuma məruz qalması haqqında xəbərə əsasən, martın 15-də naməlum şəxs “Şeyx Həmzət” adı ilə də tanınan çeçen avtoritetə bir neçə atəş açıb. Lideri Lənkəranskinin qətlindən sonra Almaniyada məskunlaşan Qastamirov tez-tez Qroznıya gəlib-gedir. Ancaq avtoritetin Çeçenistana son səfəri az qala onun üçün faciə ilə nəticələnəcəkdi. Nəşrin yazdığına görə, Qastamirova yaxın məsafədən üç dəfə atəş açılıb. Lakin atılan güllələrdən yalnız biri hədəfə dəysə də, avtoritetin bədəninin hansı hissəsindən yaralandığı açıqlanmayıb. Digər iki güllə isə Qastamirovun mühafizəçilərinə dəyib.

“Şeyx Həmzət” və Rövşən Lənkəranski

Qeyd olunur ki, yaralanmış Qastamirov Qroznı Mərkəzi Xəstəxanasına çatdırılıb. Məlumata avtoritetə palatada qan köçürüldüyünü əks etdirən fotoşəkil də əlavə olunub. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.
“Sputnik”i məlumatlandıran mənbə Qastamirovun kriminal nüfuz zonasına düşərək, Lənkəranskinin Avropadakı aktivlərini ələ keçirtdiyinə görə az qala canından olacağını deyib:
“Bu qarşıdurmanın əsas səbəbi “Şeyx Həmzət”in Berlində idarə etdiyi “Hotel ABİON”dur. Hələlik, bu məsələyə əlavə ediləcək heç nə yoxdur”.

Xatırladaq ki, bundan əvvəl də Qastamirovu öldürməyə cəhd göstəriblər. Bu hadisə 2016-cı il dekabrın 23-nə keçən gecə Hollandiyanın paytaxtı Amsterdamda baş verib. Qastamirov Amsterdamın rayonlarından birində yerləşən özünəməxsus “Staay Food Group Holding” tərəvəz bazasında hücuma məruz qalıb. “Kalaşnikov” avtomatı və səsboğucusu olan “Glock” tapançası ilə silahlanmış şəxslər yük maşını sürücüləri qismində Qastamirovun tez-tez olduğu bazaya giriblər. Killerlər də onu bazada tutublar. Lakin sui-qəsd zamanı operativ davranan mühafizəçilər killerləri zərərsizləşdirməyi bacarıblar. Hücum edənlərdən biri ayağından, digəri isə belindən yaralanıb.

Qastamirovun silahdaşları bu hücumu “Şeyx Həmzət”in dünya meyvə-tərəvəz bazarında təsirinin artması ilə əlaqələndirirlər. “Staay Food” bazası özünün təsir coğrafiyasını genişləndirir və bu da rəqiblərin itkilərlə üzləşmələrinə səbəb olur. Qeyd olunur ki, “Staay Food” həm öz sahələrində meyvə-tərəvəz yetişdirir, həm də Hollandiya, Afrika və Latın Amerikası ölkələrindəki fermer təsərrüfatlarından məhsul alır.

“Sputnik”in xəbərinə görə, Rövşən Lənkəranskinin qətlə yetirilməsindən sonra Qastamirov mərhum avtoritetin Avropadakı aktivlərinə sahiblənib və qitədəki “obşaq”ın mühafizinə çevrilib. Ancaq “Kriminal Rusiya” nəşri Qastamirovun Avropadakı hər hansı “obşaq”a aidiyyatını şübhə altına alıb. Avropadakı “oğru kassası”nın kurasiyasını Qastamirovla hər hansı bağlılığı olmayan şəxs həyata keçirir. “Şeyx Həmzət”ə qarşı sui-qəsd xəbərlərinin istisnasız olaraq, “Sputnik”də yayımlanması isə məqsədli “sızdırma” cəhdlərini xatırladır.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 477
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."