!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa ölkələrində koronavirusun “zənginləşdirdiyi” ÖLÜM STATİSTİKASI – SİYAHI

!Reklam – Yazi

“Ölüm statistikası vəziyyətin dəhşətli olduğunu, prosesə hələ də şübhə ilə yanaşanların yanıldığını göstərir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri koronavirus infeksiyasının uydurma olduğuna dair iddiaların puçluğunu təsdiqləyən statistika haqda danışan iqtisadçı Samir Əliyev deyib.

Samir Əliyevin sözlərinə görə, Avropa ölkələrində bu ilin ilk 3 ayında qeydə alınan ölüm statistikasının ötən ilin eyni dövrü ilə müqayisədə xeyli artması vəziyyətin ciddiliyini göstərir:

“Koronavirus pandemiyasının ölümcül təhlükəsinə hələ də ciddi yanaşmayanlar var. Onların fikrincə, bu xəstəlik uydurmadır. Fikirlərini belə əsaslandırırlar ki, onsuz da hər il ölüm halları olur və bu statistikaya baxsaq, heç nəyin dəyişmədiyini görərik.

Dəhşətli olanı budur ki, belə fikirləşənlər arasında həkimlər də var. Onlar bu infeksiyanı ənənəvi pnevmaniya simptomları kimi qiymətləndirərək, narahat olmamağı məsləhət görürlər.

Təəssüf hissi ilə bildirməliyik ki, bəzi ölkələrin hökumətləri ilk dövrdən problemin miqyasını düzgün qiymətləndirə bilmədilər və qabaqlayıcı tədbir görmədiklərinə görə yoluxmanın yayılmasına rəvac verdilər. İndi isə vaxtında buraxdıqları səhvi gec də olsa, düzəltməyə çalışırlar”.

“Financial Times” qəzetinin paylaşdığı qrafiki misal çəkən Samir Əliyev vurğulayıb ki, koronavirusun xəstəlik olmaması ilə bağlı iddialar tamamilə əsassızdır:

“Qrafikə əsasən, əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə bu il baş verən ölüm halları arasında kəskin fərq var. İtaliyada ölüm halları az qala 2 dəfə (90 faiz) artıb. Belçikada artım 60, İspaniyada 51, Niderlandda 42, Fransada isə 34 faiz faiz olub.

Ən aşağı ölüm səviyyəsi Danimarkada qeydə alınıb: 5 faiz.

Karantin tədbirlərinin tətbiq edilmədiyi İsveçdə ümumi ölüm halları 18 faiz artıb. Qrafikdə göstərilən 13 ölkə üzrə orta göstərici 49 faiz təşkil edib. Maraqlıdır ki, Almaniya ilə bağlı göstəricilər qrafikə daxil edilməyib. Ancaq güman etmək olar ki, bu ölkədə vəziyyət Danimarkaya yaxındır”.

Gülşən Şərif

www.yenicag.az

872
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv