Avropa Oyunları gündəliyi: İlk medallar sahibini gözləyir

Bu gün Krakov-2023 III Avropa Oyunlarında 11 idman növü üzrə yarışlar baş tutacaq.

Yenicag.az-ın məlumatına görə, yarışın ikinci günündə ilk medallar da sahibini tapacaq.

7 növ üzrə 21 dəst mükafatın sahibi bəlli olacaq. Atletika, padel, basketbol (3×3) növlərində yarışlar davam edəcək. Öncəki günlərdə start götürən çimərlik həndbolu, sinxron üzgüçülük, kanoe-spirint, velosipedin BMX növündə mükafatçılar da bilinəcək.

Dörd növdə yarışlar başlayacaq. Karate, atıcılıq, suyatullanma və qayayadırmanmada ilk gündə də bəzi medalçılar müəyyənləşəcək.

Azərbaycan yığması bu növlərdən üçündə təmsil olunacaq. Atletika millimiz çıxışını başa vuracaqsa, karateçilərimiz və atıcılar yarışa qatılacaq. Atletlərimiz Krakovda ilk medallarını qazanmaq üçün mübarizə aparacaq.

Atletika
12:05. Qadınlar, 200 m
İlahə Quliyeva, Lamiyə Vəliyeva

12:25. Kişilər, 200 m
Əlhəm Nağıyev

12:28. Kişilər, nüvə itələmə
İsmayıl Əliyev

12:55. Qadınlar, uzunluğa tullanma
Fəxriyyə Tağızadə

13:40. Kişilər, 5000 m
Elman Abışov

14:20. Qadınlar, 1500 m
Anna Yusupova

14:42. Qarışıq estafet, 4×400 m
Azərbaycan yığması

Karate
11:00. Kişilər: Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq)
Qadınlar: Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq)

Atıcılıq
13:15. Kişilər, tapança, 10 m
Ruslan Lunyov
15:15. Qadınlar, tapança, 10 m
Nigar Nəsirova, Nəzrin Abbaslı

COP29